"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır

23.11.2018 Vakansiya
"Veysəloğlu Şirkətlər Qrupu" Korporativ tədbirlərin təşkili və daxili kommunikasiya mütəxəssisi vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Təhsil: Ali təhsil

İşin Təsviri: Korporativ tədbirlərin, görüşlərin və fəaliyyətlərin təşkili və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

- Şirkətdaxili tədbirlərin təşkili və idarə edilməsi;
- Şirkətdən kənar korporativ tədbirlərin, görüşlərin və fəaliyyətlərin təşkili və idarə edilməsi;
- Əlamətdar günlər ilə bağlı bayram şənliyi və digər tədbirlərin təşkili;
- Xüsusi əlamətdar günlər ilə bağlı əməkdaşlara və şirkətin fəxri qonaqlarına hədiyyələrin verilməsinin təşkili;
- Şirkətdaxili korporativ tədbirlərin təşkili və idarəedilməsi.

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- Ünsiyyətcil, yaradıcı, yeniliklərə açıq olmaq;
- PR sahəsində minimum 2 il təcrübənin olması;
- Jurnalistika sahəsi üzrə ali təhsil almış şəxslərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Korporativ tədbirlərin təşkili və daxili kommunikasiya mütəxəssisi” yazıb göndərməklə müraciət edilir.

  • Əvvəlki

    "Unibank" işçi axtarır

Digər xəbərlər

09.11.2018 Vakansiya
Kargüzar axtarılır - VAKANSİYA
0 0
08.11.2018 Vakansiya
Şirkət sürücü axtarır - VAKANSİYA
0 1