“Bank Respublika” işçi axtarır - VAKANSİYA

26.11.2018 Vakansiya
“Bank Respublika” ASC “Layihələrin İdarə Edilməsi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Layihəyələrin koordinasiyasında, sənədləşməsində, izlənməsində, monitorinqində, nəzarətdə, loqistika məsələrində LİD-in səlahiyyətli şəxslərinə və layihə rəhbərlərinə dəstək göstərir;
  • Layihələrin iş prosesi standartlarının və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak edir;
  • Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak edir;
  • Layihələrin konsepsiyasının, metodologiyasının, standartlarının, iş prosesinin sənəd şablonlarının hazırlanmasında iştirak edir;
  • Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak edir.

Namizədə qarşı tələblər:

  • Təhsil: ali (yeni məzunlarda müraciət edə bilər)­
  • Dil bilikləri:Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis dili (əla);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

  • Layihələrin idarəedilməsi üzrə geniş bilgilər və təcrübə;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci iltarixinədək, email-in mövzu hissəsində “Layihələrin idarə edilməsi departamentinin mütəxəssisi” qeyd edərək[email protected] elektron ünvanına göndərə bilərlər.

  • Əvvəlki

    İlham Əliyevdən vergi və gömrüklə bağlı - İKİ VACİB SƏRƏNCAM

Digər xəbərlər

09.11.2018 Vakansiya
Kargüzar axtarılır - VAKANSİYA
0 0
08.11.2018 Vakansiya
Şirkət sürücü axtarır - VAKANSİYA
0 1