USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Amazon"un bazar dəyəri artaraq 1 trilyon dallara yüksəldi

05.09.2018 İqtisadiyyat
0 0
ABŞ-ın e-ticarət nəhəngi "Amazon"un bazar dəyəri 1 trilyon dollara çatdı.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, Dünyanın ən zəngin milyarderi olan Amazon qurucusu və Baş meneceri (CEO) Jeff Bezosun sərvəti də bu gün 2,6 milyard dollar artımla 167,3 milyard dollara çatdı.

Bezosun 1994-cü ildə internet üzərindən kitab satışı üçün yaratdığı "Amazon" şirkəti, irəliləyən illərdə digər sektorlara də yayılaraq, dünyanın ən çox gəlir və bazar dəyərinə sahib pərakəndə şirkəti halına gəldi. "Amazon"un bu ilin ikinci rübündəki gəliri, keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 39,4 artaraq 52,89 milyard dollara yüksəldi.

  • Əvvəlki

    "AccessBank"da - İŞ VAR

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0