ABŞ Kanadaya hədə-qorxu gəldi

06.09.2018 Dünya
Trump yenidən gündəmdə.

“Kommersant.az” xəbər verir ki, ABŞ prezidenti Donald Trump “Əgər müzakirələr işə yaramasa, bu bizim üçün yaxşı, Kanada üçün pis nəticələr verəcək”, - deyə, açıqlama verib.

ABŞ və Kuveyt arasında Ağ Evdə görüş baş tutub. Kuveyt əmiri Şeyx Sabahla görüş öncəsi Donald Trump “Oval Ofis”də media mənsublarına gündəmi zəbt edən mövzularla bağlı açıqlama verib.

Belə ki, xüsusən ABŞ və Kanada heyətləri arasında bu gün keçiriləcək görüşdən danışan Trump danışıqların baş tutmasının Kanada üçün əhəmiyyətini vurğulayıb.