Selfinin ən çox can aldığı ölkələr

04.10.2018 Dünya
Rusiya selfi zamanı ölüm hallarına görə ikinci yerdədir.

"Kommersant.az" xəbər verir ki, Hindistan, Rusiya və ABŞ selfi zamanı bədbəxt hadisələr və ölüm hallarına görə liderlik edir.

Hindistandan olan tədqiqat müəlliflərinin araşdırmasına görə, 2011-ci ilin oktyabr-noyabr aylarında selfi çəkmək istəyən 259 nəfər bədbəxt hadisələr nəticəsində dünyasını dəyişib. Ölüm hallarından 159-u Hindistanda, 16-ı Rusiyada, 11-i Pakistanda baş verib. Ölənlərin orta yaşı 23-dür. Ən çox ölüm halı isə 72,5%-lə kişilər arasında qeydə alınıb. Bu isə kişilərin riskə daha çox meylli olmaları ilə izah olunur.

Tədqiqatın nəticələrinə əsasən, 2016-2017-ci illər 2014-15-ci illərlə müqayisədə selfi zamanı ən çox ölüm halları ilə yadda qalıb. Ölümə səbəblərdən biri kimi selfi çubuqları göstərilir.