Bu oyunla arıqlaya bilərsiniz

08.10.2018 Dünya
ABŞ-lı gənc, kompüter oyununun köməkliyi ilə xeyli çəki atıb.

"Kommersant.az" xəbər verir ki, Kristofer Barnet "Dance Dance Revolution" oynamaqla 150 kq çəkidən 56 kq-nı atmağı bacarıb. Onun çəki itirməsi isə təxminən 4 ilə başa gəlib. Belə ki, 2014-15-ci illərdə 22 kq, 2016-2018-ci illərdə isə 34 kq çəki atıb.

Qeyd edək ki, "Dance Dance Revolution" oynamaq Kristofer Barnetin gündəlik həyat tərzinə çevrilib. O, hətta yarışa da hazırlaşır.