USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nurməhəmmədovun meneceri "UFC" turnirində baş verən kütləvi davadan sonra saxlanılıb

07.10.2018 İqtisadiyyat
0 0
"UFC"-nin yüngül çəki dərəcəsində çempionu rusiyalı Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov Las-Veqasda keçirilən "UFC-229" turniri zamanı saxlanılıb.

"Kommersant.az"ın məlumatına görə, Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında keçirilən döyüşdən sonra zalda kütləvi dava baş verib və hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı idmançının menecerini saxlayıblar.

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.

Döyüş bitdikdən sonra zalda kütləvi dava baş verib. H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib.

  • Əvvəlki

    Azərbaycanlı Külli Miqdarda Brilyantla Aeroportda Saxlanıldı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0