Həbibin döyüşündən 100 min dollar qazandı

08.10.2018 Dünya
"French Montana" ləqəbli Amerikalı repçi Kərim Xarbuş İrlandiyalı boksçu Konor Makqreqorla rusiyalı Həbib Nurməhəmmədovun döyüşündən 100 min dollar qazanıb.

"Kommersant.az" xəbər verir ki, repçi, Həbib Nurməhəmmədovun azarkeşidir. Musiqiçi Konor və Həbibin revanş döyüşünü gözlədiyini bildirib.

Xatırladaq ki, 6 oktyabrda İrlandiyalı boksçu Konor Makqreqorla rusiyalı Həbib Nurməhəmmədov arasında keçirilən döyüşdən Həbib qalib çıxıb.