Dünya təbii fəlakətlərdən nə qədər itirir?

10.10.2018 Dünya
Son 20 ildə təbii fəlakətlər nəticəsində 1,3 milyon insan həyatını itirib.

"Kommersant.az" xəbər verir ki, bu barədə BMT-nin Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması üzrə Beynəlxalq Strategiyasının (UNISDR) məruzəsində bildirilir. Məlumata əsasən, 1998-2017-ci illərdə maliyyə bazarlarının təbii fəlakətlərə görə pul itkisi 251%-ə çatıb. Fəlakətlərdən əziyyət çəkən ölkələr isə 908 milyard dollar itirib. Təbii fəlakətlərdən ən çox əziyyət çəkən ölkələrin sıralaması isə belədir: ABŞ (944,8 milyard dollar), Çin (492,2 milyard dollar), Yaponiya (376,3 milyard dollar) və Hindistan (79,5 milyard dollar). Avropa ölkələrindən isə ən çox pul itirənlər Fransa (48,3 milyard dollar), Almaniya (57,9 milyard dollar) və İtaliya (56,6 milyard dollar) olub (zəlzələ, sel və qasırğa səbəbilə).

Ümumilikdə isə son 20 ildə dünyada 7255 iri miqyaslı təbii fəlakət baş verib ki, onların da əksəriyyəti hava ilə əlaqədar olub.