Həbsxanalar "Google Maps"dən çıxarılır

10.10.2018 Dünya
"Google Maps", dekabrdan etibarən düzəliş edilmiş Fransa həbsxanalarını xəritədən çıxaracaq.

"Kommersant.az" xəbər verir ki, Fransanın ədliyyə naziri Nikol Bellube şirkətdən bununla bağlı xahiş edib. O, bu addımı 3 ay əvvəl saxlandığı həbsxanadan helikopterlə qaçan Reduan Faidin addımından sonra atmalı olub.

Şirkət isə fransalı nazirə cavab olaraq bildirib ki, "Google Map"s və "Google Earth"dəki düzəliş edilmiş həbsxanalar üzrə işləri tamamlamaq üzrədir.

Qeyd edək ki, hazırda "Google"un məlum xidmətlərində Fransanın 49 həbsxanasını görmək mümkündür. Onların arasında R.Faidin qaçdığı həbsxana da var.

Xatırladaq ki, Faid, bu ilin 1 iyulunda Parisin cənub-şərqində yerləşən Reo həbsxanasından qaçmışdı. Oktyabrın 3-də isə Paris ətrafında yerləşən Krey şəhərində ələ keçirilib.