USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnternet olmayacaq

11.10.2018 İqtisadiyyat
0 0
Bu gün dünya miqyasında internetin verilişində problem yaranacaq.

"Kommersant.az" xəbər verir ki, problemin domen adlar və IP ünvanların idarə edilməsi üzrə "ICANN" şirkətinin kriptoqrafik açarlarının dəyişdirilməsi ilə əlaqədar yaranacağı bildirilir. Qeyd edək ki, bu, şirkətin 2010-cu ildən sonra ilk yeniləməsidir.

"Mobile Research Group"un analitiki Eldar Murtazin bildirib ki, internet verilişindəki çətinlik 48 saat davam edəcək. Bu baxımdan bəzi internet resurlarına daxil olmada və səhifələrin yüklənməsində problemlərin yarana biləcəyi istisna edilmir.