Bu şəxslər cəzalandırılacaq

8 Noyabr 19:01 Dünya
Türkiyədə tütün məhsullarının qarşısının alınması istiqamətində işlər görülür.

“Kommersant.az” xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi sağlamlıqla bağlı bəzi qanunlara dəyişiklik edib. Belə ki, yeni qanunla ölkədə tütün istehlakına növbəti zərbə vurulacağı ehtimal olunur.

Qanuna əsasən artıq sosial şəbəkələrdə belə tütün məmulatları olan şəkil paylaşılarsa, həmin şəxs pul cəzası ilə cəzalandırılacaq. Qanun yalnız sosial şəbəkələri əhatə etməklə də kifayətlənmir. Ümumilikdə TV, film, klip, reklam və s. kimi ictimaiyyətə yönəlmiş hər bir yerdə siqaret və onun kimi tütün məhsullarının göründüyü kadrların nümayişi qadağan edilib.