Rusiyaya pomidor aparıb satmaq istəyənlərə şad xəbər

29.01.2019 Aqrar
"Azərbaycan Rusiyaya pomidor ixracı ilə bağlı bütün məsələlər öz həllini tapıb”.

"Kommersant.az"-ın məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev proqramın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Nazir bildirib ki, bu məsələ hökümətlərarası komissiyanın iclasında da müzakirə edilib: "Əvvəl bu sahədə problem var idisə, biz sahibkarların bu istiqamətdə yaranan çətinliklərini nəzərə alaraq iki ölkə arasındakı sözügedən məsələni həll etdik”.

"Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 mlrd. manat investisiya qoyuluşu həyata keçirilib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro və kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görülüb, kənd təsərrüfatı məhsulları istehsalçıları vergidən azad olunub. Tez xarab olan aqrar məhsulların daha tez ixrac edilməsi üçün "Yaşıl dəhliz” mexanizmi həyata keçirilib.

Nazir onu da bildirib ki, bu illər ərzində Azərbaycandan 24 ölkəyə ixrac missiyası təşkil edilib. Bu missiyalar çərçivəsində 104,2 mln. manatlıq məhsul ixrac edilib. İş adamlarına 332 investisiya təşviqi sənədi verilib.

VTB