USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirliklər kartof, soğan və kələmin qiymətləri ilə bağlı birgə məlumat yaydı

16.04.2019 İqtisadiyyat
0 0
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri Azərbaycanda kartof, soğan və kələmin satış qiymətləri ilə bağlı birgə məlumat yayıb.

"Kommersant.az"-ın xəbərinə görə, bildirilir ki, mart ayının sonunda və aprel ayının əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunub.

Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artıb və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir. Artıq kartofun 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 0.79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1.00 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir.

  • Əvvəlki

    Problemli krediti ödəyən zaminlər OXUSUN - QƏRARDA BOŞLUQLAR

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0