Kənd təsərrüfatında Koreya təcrübəsi istifadə ediləcək

02.05.2019 Aqrar
Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC ilə Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında görüş keçirilib.

"Kommersant.az" xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd şirkətin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı Koreya təcrübəsinin öyrənilməsi, bu istiqamətdə təcrübə mübadiləsi proqramının ilkin hazırlıq işlərinin görülməsidir.

Məlumata görə, tərəflər arasında əməkdaşlıqla bağlı protokol imzalanıb. Protokolu Azərbaycan tərəfindən dövlət şirkətinin direktoru Leyla Məmmədova, Koreya tərəfdən isə KOICA-nın Azərbaycan nümayəndəliyinin direktoru Park Kumok imzalayıb.

"Koreya təcrübəsinin Azərbaycanda tətbiqi ilə bağlı əməkdaşlıq edəcəyik. 3 illik proqram çərçivəsində koreyalı mütəxəssislər Azərbaycana gəlib, mövcud vəziyyəti araşdırdıqdan sonra öz tövsiyələrini verəcəklər. Bu ilin avqust ayından etibarən 3 il boyunca əməkdaşlarımız bir neçə həftəlik Koreyada təhsil alacaq. Məqsəd ölkədəki tədarük və təchizat sisteminin daha mükəmməl qurulmasıdır", - L.Məmmədova qeyd edib.

Report

VTB