˝Emal müəssisələri yerli buğdanın alış həcmini artırırlar˝

29.05.2019 Aqrar
"Azərbaycanın emal müəssisələri yerli buğdanın tədürük həcmini artırmaqdadır".
"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov bildirib. Onun sözlərinə görə, hazırda Beyləqan və Samux rayonlarında yetişdirilən buğda yüksək keyfiyyətə malikdir. Məhz bu rayonların fermerlərinin istehsalı olan məhsullar hesabına yerli buğdanın tədarük həcmi artırılır. "Daxili tələbatın ödənilməsi ilə yanaşı, un və un məhsullarının ölkədən ixracına çalışırıq, ixrac üçün Türkiyə, Gürcüstan və İraq bazarları ilə danışıqlar aparırıq", - T.Qasımov əlavə edib. Report
VTB