USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda nar istehsalının əsas problemləri nələrdir? - AÇIQLAMA

21.06.2019 İqtisadiyyat
0 0
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) ölkədə fəaliyyət göstərən nar istehsalçılarının əsas mövcud problemlərini açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, Assosiasiyanın sədri Fərhad Qaraşov "Report"a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda narçıların əsas problemləri maliyyə resurslarına çıxışla bağlıdır. Onun sözlərinə görə, artıq Assosiasiya bununla bağlı dövlət strukturlarına müraciət edib: "Kəndlərdə və bölgələrdə maliyyə resurslarına çıxış zamanı tələb olunan girov yalnız paytaxtda olduğu üçün xeyli fermerlər problemlər yaşayırlar". O bildirib ki, həmçinin narçıların ikinci əsas problemi maariflənmə ilə bağlıdır: "Digər problem isə düzgün becərilmə və dərman pestisidlərin keyfiyyətinin aşağı və yuxarı olması ilə bağlıdır. Son zamanlar bununla bağlı bir çox problemlər artıq aradan qaldırılıb. Həmçinin insan resurslarının – aqronomik məsləhətlərin və konsultasiyanın zəif olması da əsas problemlərdən biridir". Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb. Quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı" vələsdir