USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik rəsmisi bahalığın səbəbini izah etdi

26.07.2019 İqtisadiyyat
0 0
"Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir".

"Kommersant.az" xəbər verir ki, bu məlumatı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Facebook sosial şəbəkəsindəki hesabında paylaşıb.

O, bildirib ki, möhtəkirlər fermerdən bir kiloqramı 10 qəpiyə aldıqları yemişi paytaxtda 25 qəpikdən satdıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər: "Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər. Bu fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkmişəm. Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Fermerin əməyinə yazıq!"