USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

10 min arı ailəsindən ibarət arıçılıq kompleksi yaradılacaq

29.07.2019 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi arıçılıq kompleksinin layihələndirilməsi və Yeni cins arı və barama qurdlarının qeydiyyatı, sınağı və artırılması məqsədilə şirkətlər seçir.

"Kommersant.az" xəbər verir ki, seçim açıq tender üsulu ilə keçirilir və 2 lotdan ibarətdir: 10 min arı ailəsindən ibarət "Arıçılıq kompleksi"nin layihələndirilməsi və yeni cins arı və barama qurdlarının qeydiyyatı, sınağı və artırılması mərkəzinin layihələndirilməsi.

İştirak haqqı - 50 manat təşkil edir.

Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.

Tender təklifləri avqustun 29-da saat 17:00-dək qəbul olunur. Tender proseduru avqustun 30-da saat 17:00-da keçiriləcək.