USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 38 mütəxəssis nazirlik sistemində işə götürüldü

15.10.2019 İqtisadiyyat
0 0
Aqrar Xidmətlər Agentliyində yerli qurumlara işə qəbul olunmuş kadrlarla görüş keçirilib.

"Kommersant.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nazirlik yanında Aqrar Xidmətlər Agentliyində (AXA) vakant yerlər üzrə vəzifəyə uyğun sayılan 38 nəfər müvafiq işlə təmin edilib. AXA sədri Seymur Mövlayev bu gün Agentlikdə işə qəbulla bağlı müsabiqə və müsahibədən keçən 38 nəfərlə görülüb.

Görüşdə S. Mövlayev işə qəbul olunan mütəxəssisləri təbrik edərək, iştirakçıları təbrik edərək, Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, qarşıya duran yeni hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Sədr AXA-nın fəaliyyətində əsas hədəflərin daim fermerlərin yanında olmaq, şəffaflığı və vətəndaş məmnunluğunun təmin etmək olduğunu deyib, bu hədəflərə nail olmaq üçün mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verilib. S. Mövlayev mütəxəssislərə aqrar sahənin dinamik və dayanıqlı inkişafının təmin edilməsi işində müvəffəqiyyətlər arzulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin kadrlar şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu, seçilmiş kardlarla yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı mütəmadi təlimlərin keçiriləcəyini bildirib. Dövlət qulluqçularının etik davranış qaydarlarına əməl etməsinin vacibliyini önə çəkən İlham Süleymanov AXA üzrə boş qalan vakant yerlərlə bağlı yaxın günlərdə yeni işə qəbul elanının veriləcəyini deyib.

Yeni işə qəbul olunan mütəxəssislər müsahibə və müsabiqənin tam şəffaf keçirildiyini bildirib, üzərlərinə düşən vəzifələrin uğurla yerinə yetirilməs üçün səylə çalışacaqlarını deyiblər.

Qeyd edək ki, sentyabrın 6-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer müsabiqəyə çıxarılıb. Müsabiqəyə çıxarılan vakansiyalar aqronom, baytar həkimi, baytar feldşeri və aqrar sektorun digər sahələri üzrə ixtisaslı yerlərdir.

  • Əvvəlki

    Kriptovalyuta bazarının həcmi yenidən artıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0