USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdakı “Yaşıl guşələr”ə biganə yanaşan obyekt sahibləri - FOTOLAR

17.10.2019 İqtisadiyyat
0 0
Ötən ay Bakı şəhərinin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədilə “Yaşıl guşələr”in yaradılması və qorunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq Sərəncam imzalanıb.

"Kommersant.az" bildirir ki, paytaxtda yol kənarları, idarə, müəsisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında "Yaşıl guşələr"in yaradılması sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə tövsiyyə edilib:

"Dünya praktikasında yaşıllaşdırma sahəsində uğur qazanmış şəhərlərin təcrübəsi onu göstərir ki, bu işə iş adamları, müəssisə rəhəbərləri hətta ayrı-ayrı vətəndaşlar qoşulduqda daha gözəl nəticələr əldə olunur".

Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, bəzi iş adamları, müəssisə rəhbərləri, ayrı-ayrı şəxslər bu təşəbbüsə fəal qoşuldular. Az müddət ərzində yol kənarlarında, obyektlərin qarşısında göz oxşayan yaşıl guşələr salınıb:

"Təəssüflər olsun ki, bu işlərə biganə qalanlarda oldu. "Yaşıl Bakı" təşəbbüs qrupunun verdiyi məlumata görə bəzi iri obyektlər tərəfindən bu işlərə çox etinadsız və səhlənkar yanaşıldı.Vətənini və şəhərini sevən hər bir insan şəhərin yaşıllaşdırılmasına öz töhfəsini verməlidir. Bu işlərə etinadsız yanaşan, yalnız öz mənfəətini güdən, paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalan obyekt rəhbərləri və onların əsl sahibləri barədə ictimaiyyətə məlumat veriləcək və onlar qınaq obyektinə çevriləcəklər".

yenisabah

  • Əvvəlki

    Sərnişinlərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır - Foto

Digər xəbərlər