USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları Şəkidə səyyar xidmətə başlayıb - FOTO

18.05.2020 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Şəkinin rayon mərkəzindən uzaq kəndlərində səyyar xidmətə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Kommersant.az"-a bildiriblər ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən, ümumilikdə, 230 fermer yararlanıb.

Səyyar xidmət zamanı fermerlərə tibbi maskalar paylanıb, dezinfeksiya tədbirləri görülüb, növbənin təşkili zamanı sosial məsafə prinsipinə riayət edilib. Şəkidə fermerlərə səyyar xidmət davam etdiriləcək.

Nazirliyin səyyar xidmət mikroavtobusları bu həftədən Xaçmaz, Masallı, Kürdəmir və Bərdə rayonlarında da xidmətə başlayacaq.