USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağsulu taxılçılar biçin kampaniyasına hazırlaşırlar

20.05.2020 İqtisadiyyat
0 0
Ağsu rayonunun taxılçıları biçin kampaniyasına hazırlaşırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, artıq 58 kombayn məhsul yığımına tam hazırdır. Daha 10-a yaxın kombayn da biçinə hazırlanır. Kombaynların 23-ü "Aqrolizinq" ASC-nin Qobustan regional nümayəndəliyinin Ağsu bölməsinə məxsusdur. Qalan texnika isə taxılçılıqla məşğul olan fermerlərin və fiziki şəxslərindir.

Qeyd edək ki, cari mövsümdə rayonda 35 min 728,3 hektarda taxıl əkilib. Zəmilərin 18 min 497,3 hektarı buğda, qalanı isə arpadır. Artıq arpa yetişməkdədir. İyunun birinci ongünlüyündə biçinə start veriləcək. Fermerlər və fiziki şəxslər mühüm strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılması üçün hazırlıq işlərini başa çatdırmaqdadırlar.

  • Əvvəlki

    Bazarlarda meyvə-tərəvəzin qiyməti ARTIB - VİDEO

Digər xəbərlər