USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabirabadda ət və süd istehsalı artıb

20.05.2020 İqtisadiyyat
0 0
Sabirabad rayonunun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 354 min 352 baş heyvan saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min 335 baş çoxdur.

Rayon statistika idarəsindən bildiriblər ki, təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalına da güclü təkan verib. Cari ilin ötən ayları ərzində rayonda 6 min 281 ton ət (diri çəkidə), 39 min 306 ton süd istehsal edilib. Bu, ötən ilin dörd ayı ərzində istehsal olunan ətdən 113 ton, süddən isə 365 ton çoxdur.