USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan bu ölkələrə - QADAĞA

22.01.2021 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

"Kommersant.az" xəbər verir ki, AQTA-dan bildirilib ki, daxil olan məlumata əsasən, İsveç Krallığının Smaland (Smaland), İraq Respublikasının Səlahəddin (Salah ad-Din), Vyetnam Sosialist Respublikasının Sok Tranq (Soc Trang), Bak Lieu (Bac Lieu), Tiyen Gianq (Tien Giang) və Lonq An (Long An) inzibati ərazi vahidlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İsveç Krallığının Smaland, İraq Respublikasının Səlahəddin, Vyetnam Sosialist Respublikasının Sok Tranq, Bak Lieu, Tiyen Gianq və Lonq An inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç Krallığından, İraq Respublikasından və Vyetnam Sosialist Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Əvvəlki

    Nazir :Vətəndaşlara 33,4 milyon manat qaytarılıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0