USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Problemli kreditlərin bağışlanmasında banklar yenə zərərdə qalır - TƏFƏRRÜAT

04.04.2019 Bank
0 1
Bağışlanan problemli kreditlərdə banklar yenə zərərdə qalır.

"Kommersant.az" xəbər ki, Maliyyə Bazarlarında Nəzarət Palatasının (MBNP) problemli kreditləri hesablama və icra etmə qərarını verməkdə tələsib. Belə ki, MBNP-nın qərarına görə problemli kreditlərin həlli birbaşa bankların öhdəliyinə verilib.

Banklar problemli kreditlərlə bağlı vaxtı keçmiş krediti olan müştəriləri tapmalı, onlarla əlaqə saxlayıb yenidən banka gəlmələrini təmin etməli, bankda müştəri ilə yenidən 1%-lik müqavilə bağlamalı, yenidən müqavilə palataya göndərilməli və onun əsasında banka pul ödənilməlidir.

Təsəvvür edin ki, "X" bir bankın 100 nəfər problemli krediti olan müştərisi var. Palatanın qərarına görə bank 100 müştərinin hər biri ilə yenidən müqavilə bağlamalıdır. Kreditlərin 2015-ci ildə götürüldüyünə görə müştərini tapmaq daha da çətinləşir. Üzərindən 4 il keçib. Kimisi dünyasını dəyişib, kimisi ölkədən köçüb, kimisi əlaqə telefonu və ümvanını dəyişib və s.

Banklar 100 müştəridən 70-ni tapıb banka dəvət etsə belə, müştərilər müqaviləni yeniləməyə bilər. Çünki bunun müştəriyə maddi olaraq xeyri və ya ziyanı yoxdur.

Azərbaycan reallığı: vətəndaşlar bankları sevmir, onlara güvənmir. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) və Palatanın qərarlarından və bankların müştərilərinə qarşı olan xoşagəlməz əməllərindən irəli gəlir. Maliyyə savadsızlığını isə stolun baş tərəfində oturdaq. Çünki, bu barədə heç bir uğurlu addım atılmayıb və atılmır.

Əslində isə: Palata müvəkkil bank təşkil etməli idi. Yəni, dövlət banklarının filiallarından (Beynəlxalq Bank və ya Azər Türk Bank ) istifadə edərək müştərilərlə birbaşa məsələni həll etmə imkanı varkən hər bankın öhdəliyini öz üzərində qoyması birmənalı qarşılanmır.

Problemi müştəri: bankla məhkəməlik olub, dalaşıb, aralarında problem yaranıb və s. Bank indi hansı üzlə müştəridən xahiş edə bilər ki, "qardaş sən allah hər şeyi unut, gəl müqaviləni yeniləyək və dğvlətdən pulumu geri ala bilim".