“Bank Respublika” ASC istehlak kreditinin verilməsində bir sıra şərtlərdə dəyişiklik edib.
"Kommersant.az"ın məlumatına görə, monitorinq qrupu bildirir ki, bankın fiziki şəxslər üçün təqdim etdiyi bu kredit məhsulunun başlanğıc faiz dərəcəsi, məbləği və komissiyasında dəyişikliklər edilib.
Bank tərəfindən kreditin illik ödəniş faizinin başlanğıc dərəcəsi 16%-dən 15.9%-ə azaldılmış, məbləğin maksimal həddini 10 min manatdan 15 min manata qaldırılmış, komissiyası isə 1%-dən 0%-ə endirilmişdir.
Eləcə də mühüm dəyişiklik müddətlə bağlı olub: bu kredit məhsulunun maksimum müddətini iki dəfə azaltmaqla 24 ayadək edib.