USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AzSığorta” xalis mənfəəti 4 milyon manatı keçib

26.07.2018 Bank
0 0
Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci birinci yarısını mənfəətlə bitirib. İlk yarımillikdə şirkətin xalis mənfəəti 4 230 084 manat təşkil edib.

Bu barədə "Kommersant.Az"a şirkətdən bildirilib.

Qeyd edilib ki, 2018-ci ilin yanvar – iyun ayları ərzində"AzSığorta" ASC-nin əsas əməliyyat, investisiya, subroqasiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 16 577 403 manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2 239 130 manat və ya 16% çoxdur.

Bu ilin ilk yarısında "Azsığorta" ASC-nin xərcləri isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 36% azalaraq 11 289 798 manat təşkil edib. Xatırladaq ki, 2017-ci ilin 1-ci yarısında bu göstərici 17 689 542 manat olmuşdur. 2018-ci ilin ilk altı ayınının 5 550 591 manatı əsas əməliyyat xərclərinin, 5 241 343 manatı işlərin aparılmasına, 497 863 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 5 287 605 manat, xalis mənfəət isə 4 230 084 manat təşkil etmişdir.

"Hazırda cari ilin 1-ci rübündəki müsbət tendensiyanın davam etdiyini müşahidə edirik. Ümumlikdə birinci yarımillikdə 4 milyon xalis mənfəət, ilk növbədə şirkətin bütün sahələrdə paralel olaraq inkişaf etdiyini göstərdi. Hazırda bu dinamikanın stabilliyini saxlayaraq müsbət göstəriciləri daha da artırmaq niyyətindəyik" - deyə, "Azsığorta" ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.