USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank" hesabatını açıqladı

01.08.2018 Bank
0 0
Bank zərərin azaldıb

“Kommersant.az” xəbər verir ki, AccessBank 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Belə ki, bankın faiz gəlirləri 43 milyon 390 min manat, faiz xərcləri 26 milyon 618 min manat, qeyri faiz gəlirləri 5 milyon 358 min manat, qeyri-faiz xərcləri isə 29 milyon 282 min manat təşkil edib. Bankın xalis əməliyyat zərəri 17 milyon 868 min manat olub.

Bankın zərəri 4 dəfə azalıb.
“AccessBank”ın 2018-ci ilin birinci yarısında 10 milyon 887 min manat xalis zərərlə başa vurub. Halbuki, bank 2017-ci ilin birinci yarısını 42 milyon 939 min manat xalis zərərlə başa vurmuşdu. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyatların yaradılmasına cəmi 6 milyon 981 min manat ayırıb.

Kredit portfeli 1% azalıb
Bankın 2018-ci ilin birinci yarısında müştərilərə verdiyi kreditin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 420 min manat azalaraq 503 milyon 743 min manat təşkil edib. “AccessBank”ın cəmi aktivləri isə 827 milyon 873 min manat olub.

Bankın depozit portfelində artım müşahidə olunur. Belə ki, 2018-ci ilin birinci yarısında bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 450 milyon 155 min manata çatıb. “AccessBank”ın cəmi öhdəlikləri 770 milyon 793 min manat təşkil edib. Bank 57 milyon 80 min manat cəmi kapitala malikdir.

Bank tələblərə riayət etmir...
Belə ki, banklara haqqında qanunvericilikdə tələblərdən biridə məcmu kapitalının 50 milyon manatdan az olmamalıdır. Lakin 2018-ci ilin 30 iyun tarixinə bankın açıqladığı maliyyə hesabatında “AccessBank”ın məcmu kapitalı 28 milyon 56 min manat təşkil edib ki, bu da banklara qarşı olan tələbdən 21 milyon 944 min manat azdır.

Kapitalımızı 280 milyon manat edəcəyik.
Bu gün “AccessBank” bəyan edib ki, nizamnamə kapitalı 2 dəfə artırılaraq 280 milyon 258 min manata qaldırılacaqdır. "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, ötən həftə baş tutan Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunub. Kapitalın 280 milyon 258 min manata qaldırılması nəticəsində Bankın məcmu kapitalının 70 milyon manatı keçəcəyi gözlənilir.