USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ

01.08.2018 Bank
0 0
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 Avqust 2018-ci il tarixində növbəti iclası keçirilib.

"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, iclasda uçot dərəcəsinin 10%-də sabit saxlanılması barədə qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdir (Aşağı həddi 8%, yuxarı həddi 10%)

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 fevral 2018-ci il tarixindəki iclasında uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edilmişdi.

Aprel ayında isə Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 13%-dən 11%-ə endirilmişdi.

Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən isə uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etmiş, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdi (aşağı həddi 8%, yuxarı həddi 10%).

İyunda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, uçot dərəcəsində neytral səviyyə (komfort zona) 8%-dir.

© Marja