“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) 2025-cü ilin son rübünə olan hesabatında itkilərlə üzləşib. Belə ki, bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 2024-cü ilin son rübü ili müqayisədə 2025-ci ilin 4-cü rübündə 658 milyon 121 min manat azalaraq 2 milyard 504 milyon 161 min manat düşüb. Bu, 1 il ərzində 20.81 faiz deməkdir. Bəs bu azalan bənd nə deməkdir? Yəni, bankın əlində olan real istifadə edə biləcəyi vəsait. Likvidliyi az olan və istənilən vaxt istifadə olunan pul.
Kommersant.az ABB-nin hesabata istinadən xəbər verir ki, bu azalma bankın aktivlərinə də mənfi təsir göstərib. Buna görə dövlət bankının aktivlər cəmi 1 il fərqlə 2 milyon 46 min manat azalaraq 13 milyard 626 milyon 903 min manata düşüb.
Pulunu əlində saxlaya bilməyən dövlət bankının aktivlərinin daha da çox azalmasının qarşısını isə kredit portfeli alıb. ABB-nin verdiyi istehlak kreditləri 185 milyon 532 min manat artaraq 1 milyard 984 milyon manata, biznes kreditləri 435 milyon 747 min manat artaraq 3 milyard 544 milyon min manata, daşınmaz əmlak kreditləri isə 107 milyon 904 min manat artaraq 1 milyard 550 milyon manata çatıb. Nəticədə dövlət bankının müştərilərinə verdiyi kreditlər 2024-cü ilin yekunu ilə müqayisədə 729 milyon 183 min manat artaraq 7 milyard 79 milyon manata yüksəlib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 78 milyon 143 min manat artıraraq 564 milyon 881 min manat edən ABB-nin müştərilərinə verdiyi xalis kreditləri 651 milyon manat artaraq 6 milyard 515 min manata yüksəlib. Yəni, ABB-nin aktivlərinin 13 milyarda enməsinin qarşısını insanların pula ehtiyac duyması olub.