“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) 2025-cü ilin son rübünə olan hesabatında itkilərlə üzləşib. Belə ki, bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 2024-cü ilin son rübü ili müqayisədə 2025-ci ilin 4-cü rübündə 658 milyon 121 min manat azalaraq 2 milyard 504 milyon 161 min manat düşüb. Bu, 1 il ərzində 20.81 faiz deməkdir. Bəs bu azalan bənd nə deməkdir? Yəni, bankın əlində olan real istifadə edə biləcəyi vəsait. Likvidliyi az olan və istənilən vaxt istifadə olunan pul.
Kommersant.az ABB-nin hesabatına istinadən xəbər verir ki, bu azalma bankın aktivlərinə də mənfi təsir göstərib. Buna görə dövlət bankının aktivlər cəmi 1 il fərqlə 2 milyon 46 min manat azalaraq 13 milyard 626 milyon 903 min manata düşüb.
Pulunu əlində saxlaya bilməyən dövlət bankının aktivlərinin daha da çox azalmasının qarşısını isə kredit portfeli alıb. ABB-nin verdiyi istehlak kreditləri 185 milyon 532 min manat artaraq 1 milyard 984 milyon manata, biznes kreditləri 435 milyon 747 min manat artaraq 3 milyard 544 milyon min manata, daşınmaz əmlak kreditləri isə 107 milyon 904 min manat artaraq 1 milyard 550 milyon manata çatıb. Nəticədə dövlət bankının müştərilərinə verdiyi kreditlər 2024-cü ilin yekunu ilə müqayisədə 729 milyon 183 min manat artaraq 7 milyard 79 milyon manata yüksəlib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 78 milyon 143 min manat artıraraq 564 milyon 881 min manat edən ABB-nin müştərilərinə verdiyi xalis kreditləri 651 milyon manat artaraq 6 milyard 515 min manata yüksəlib. Yəni, ABB-nin aktivlərinin 13 milyarda enməsinin qarşısını insanların pula ehtiyac duyması olub.
“Azərbaycan Beynəlxalq Bankı”nın biznesmen müştərilərini itirib. Hüquqi şəxslər bankdakı vəsaitlərini geri çəkərək dövlət bankının öhdəliklər cəminin azalmasına səbəb olub.
2024-cü ilin sonu ilə müqayisədə dövlət bankının biznesmenlərdən topladığı əmanətlərin həcmi 2025-ci ilin 4-cü rübünə 781 milyon 412 min manat və ya 12.46 faiz azalaraq 5 milyard 488 milyon manata enib.
ABB fiziki şəxslərdən yığdığı əmanətləri 655 milyon 143 min manat artıraraq 3 milyard 404 milyon manata çatdırsa da bu onun öhdəliklər cəmini artırmasına kömək etməyib. Çünki, 2025-ci ilin yekununda bank əldə etdiyi depozitlərin həcminndə 126 milyon 269 min manat itki verib. Nəticədə ABB ötən ilin sonunu 8 milyard 892 milyon manatla başa vurub.
2025-ci ili itkilər və qazanclarla başa vuran ABB-nin öhdəliklər cəmi 156 milyon 535 min manat azalaraq 11 milyrad 422 min mnata enib.
Ötən ilin sonunda bölüşdürülməmiş mənfəətini 135 milyon 693 min manat artıraraq 621 milyon 278 min manata, ümumi ehtiyatları isə 14 milyon 238 min manat artaraq 159 milyon 199 min manata çatıb. Yekunda ABB-nin kapital cəmi 2 milyard 204 milyon olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 154 milyon 489 min manat çoxdur.
Azərbaycan Beynəlxalq Bankı
2025 (V Rüb)
2024 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
13.626.903
13.628.949
-2.046
Nağd pul vəsaitləri bloklaşdırılmış nağd vəsait
2.504.161
3.162.282
-658.121
Kredit
7.079.983
6.350.800
729.183
İstehlak kreditləri
1.984.240
1.798.708
185.532
Biznes kreditləri
3.544.993
3.109.246
435.747
Daşınmaz əmlak kreditləri
1.550.750
1.442.846
107.904
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
-564.881
-486.738
78.143
Xalis Kreditlər
6.515.102
5.864.062
651.040
Cəmi Öhdəliklər
11.422.217
11.578.752
-156.535
Depozit
8.892.880
9.019.149
-126.269
Fiziki şəxslərin depozitləri
3.404.277
2.749.134
655.143
Hüquqi şəxslərin depozitləri
5.488.603
6.270.015
-781.412
Cəmi Kapital
2.204.685
2.050.196
154.489
Səhmdar kapitalı
1.281.271
1.281.271
0
Bölüşdürülməmiş mənfəət
621.278
485.585
135.693
Ümumi ehtiyatlar
159.199
144.961
14.238
2024-cü ilin sonu ilə müqayisədə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəliri ötən ilin sonunda 181 milyon 403 min manat artaraq 1 milyard 95 milyon manata, faiz xərcləri 137 milyon 877 min manat artaraq 387 milyon 414 min manata çatıb. Nəticədə bankın xalis faiz gəliri 696 milyon 898 min manat olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 36 milyon 934 min manat çoxdur.
ABB-nin qeyri-faiz gəliri 111 milyon 324 min manat artaraq 451 milyon 505 min manata, qeyri-faiz xərcləri isə 106 milyon 344 min manat artaraq 627 milyon 451 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi əməliyyat mənfəəti 520 milyon 952 min manat olub. Bu da 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 41 milyon 914 min manat çoxdur.
Qeyd edək ki, dövlət bankının xalis mənfəəti 41 milyon 961 min manat artaraq 335 milyon 693 min manat olub.