USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qida təhlükəsizliyinə dair onlayn təlim keçiriləcək

03.04.2019 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aprelin 4-də qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün "Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər" mövzusunda onlayn təlim keçiriləcək.

KOBİA-dan "Kommersant.az"-a bildirilib ki, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompüter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.

Azərbaycan Dövlət İqtisad Universitetinin "UNEC Extern" mərkəzinin texniki imkanlarından istifadə olunmaqla təşkil ediləcək təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

KOBİA-nın Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcək.