USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şahin Mustafayev: “Diqlas” Ticarət Mərkəzində yanmamış anbarların açılmasına başlanılıb"

08.04.2019 İqtisadiyyat
0 0
“Diqlas” Ticarət Mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb”.

"Kommersant.az"ın məlumatına görə, bu barədə AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev deyib ki, proses dünəndən etibarən başlanıldı: "Təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı. Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər. Yararlı olan malları götürüb yeni mağazalara aparırlar".

Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.

  • Əvvəlki

    Məcburi köçkünlər üçün yeni marşrut xətti açıldı

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0