USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Əliyev Argentina şirkətlərinin Azərbaycanda fəaliyyətinə ümid edir

10.04.2019 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Argentina şirkətərini Azərbaycanda fəaliyyətə dəvət edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

"Prezident İlham Əliyev Argentinanın yeni təyin olunmuş səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşdə xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edib. O, Argentina şirkətlərinin də Azərbaycanda işləyəcəklərinə ümidvar olduğunu bildirdi", – məlumatda qeyd olunur.

Görüşdə prezident və səfir energetika, biznes, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi apardılar.