USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı çantası hazırlandı - FOTO

11.04.2019 İqtisadiyyat
0 0
Britaniyada "milyarderlərin dizayneri" kimi tanınan Debbi Uinqhem dünyanın ən bahalı və unikal qadın çantasını hazırlayıb.

"Kommersant.az" Milli.Az-a istinadən bildirir ki, 6,7 milyon dollar dəyərindəki çantanın hazırlanmasında 24 karatlıq qızıldan və platindən, "Hermes" şərfindən, emu dəvəquşusunun yumurtasından, 8000 brilyant qaşdan və "Cartier" brendinin əsəri olan sırğalardan istifadə olunub.

Çantaya forma verən emu yurutmasının səthi mavi almaz tozlu emalla örtülüb.

Yumurtanın qızıl qabığını isə italyan dizayner Alessandro Qalanti hazırlayıb.

37 yaşlı Debbi Uinqhem Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayır.

  • Əvvəlki

    MİDA 8 şirkəti yaşayış kompleksinin tikintisinə cəlb edib

Digər xəbərlər