USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mühasib olmayanları baş mühasib təyin edən təşkilat rəhbərləri cərimələnəcək

23.04.2019 İqtisadiyyat
0 0
Büdcə təşkilatlarının rəhbərləri mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə cərimələnəcək.

Bu, bu gün Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 462-ci maddəsinə yeni bənd əlavə olunur. Beləliklə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Ona.az

  • Əvvəlki

    Azərbaycanda yük göndərmə qaydaları dəyişdirilir - Milli Məclis təsdiq etdi

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0