USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Xorvatiya arasındakı ticarət dövriyyəsinin dəyəri 250 mln dolları ötüb

29.04.2019 İqtisadiyyat
0 0
“2018-ci ildə Azərbaycanla Xorvatiya arasındakı ticarət dövriyyəsinin dəyəri 16% artaraq 250 mln. ABŞ dollarını ötüb”.

"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes-forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün potensial mövcuddur.

"Hazırda bu forumda müxtəlif sahələri əhatə edən 80-dən artıq iş adamı iştirak edir. Bu tədbirə böyük marağın göstəricisidir. Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir. Biz istəyərdik ki, Xorvatiya ilə işgüzar əməkdaşlığı daha da artıraq. Düşünürük ki, bu ölkənin xanım nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında ticarət, investisiyalar və başqa sahələrdə əlaqələrin artırılmasında stimullaşdırıcı rol oynayacaq", - nazir müavini qeyd edib.

Report

  • Əvvəlki

    Səfir: "Dövlət satınalmaları ilə bağlı məsələ çox ciddi müzakirə predmetidir"

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0