USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya apreldə də OPEC+ sazişini yerinə yetirməyib

30.04.2019 İqtisadiyyat
0 0
Rusiya apreldə neft hasilatını gündəlik olaraq 1,533 mln. tona qədər və ya 11,23 mln. barel azaldıb.

"Kommersant.az" xəbər verir ki, bununla da Rusiya OPEC+ sazişinin şərtlərini yerinə yetirməmiş olub.

OPEC+ razılaşmasına əsasən, Rusiya gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayı səviyyəsindən (11,4 mln. barel) 228 min barel azaltmalıdır. Apreldə isə Rusiya neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətdə 170min barel/gün azaldıb. Beləliklə, Rusiya OPEC+ sazişini yerinə yetirmək üçün hasilatı gündəlik olaraq daha 58 min barel azaltmalıdır.

Bundan bir qədər öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya OPEC+ tərəfindən müəyyən edilmiş hasilat göstəricilərinə martın sonunda – aprelin əvvəlində çıxa biləcək. Aprelin əvvəlində hasilat kəskin azalıb, ancaq ayın ortalarında isə düşmə templəri sabitləşdirilib.

Neft istehsalının azalmasını Rusiyanın demək olar bütün neft şirkətləri təmin edirlər.

Fins.az

  • Əvvəlki

    VİSA: “Bəzi ölkələr ödəmə sistemi qaydalarını pozur”

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0