Azərbaycanda KOB İnkişaf Mərkəzləri yaradılacaq

01.05.2019 Biznes
Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı mərkəzlərinin yaradılması nəzərdə tutulur.

"Kommersant.az" xəbər ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti ilə bağlı təqdimatda bildirilib.

Qeyd edilib ki, bununla bağlı nümunəvi əsasnama təsdiqlənmək üzrədir. KOB İnkişaf Mərkəzləri universitetlər və elm tədqiqat mərkəzləri ilə birgə yaradılacaq. Artıq Azərbaycan Dövlət İqtisad Universitetindən belə bir təşəbbüs olub. KOB İnkişaf Mərkəzləri bizneslə təhsil müəssisələri arasında körpü rolunu oynayacaq.

Report

VTB