USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda ilk KOB evi bu ilin sonunadək açılacaq

01.05.2019 İqtisadiyyat
0 0
Bakıda birinci kiçik və orta biznes (KOB) evi bu ilin sonunadək açılacaq.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə KOB İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, Bakıda bir neçə KOB evinin açılması planlaşdırılır və ilk KOB evi Nərimanov rayonunda açılacaq:

"KOB evində 30 dövlət strukturundan 110-dan çox icazə veriləcək. Bu qurum "biznesi başla", "biznesi apar", "biznesi inkişaf etdir" və "biznesi dəstəklə" alqoritmləri ilə fəaliyyət göstərəcək".

O.Məmmədov vurğulayıb ki, KOB evinin yaradılmasında əsas məqsəd operativliyi, şəffaflığı və maliyyə ehtiyatlarına rahat çıxışı təmin etməkdir.

O həmçinin qeyd edib ki, KOB evinin açılışından sonra e-KOB portalının işə salınması planlaşdırılır.

Trend

  • Əvvəlki

    Azərbaycanda KOB İnkişaf Mərkəzləri yaradılacaq

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0