USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 233 sahibkara 34,3 milyon manat güzəştli kredit verilib

01.05.2019 İqtisadiyyat
0 0
Azərbaycanda 2016-cı ildə tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verib.

"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, indiyədək 362 layihəyə investisiya təşviqi sənədi verilib: "Azərbaycanın 8 iqtisadi rayonunu əhatə edən bu layihələrə 3,1 milyard manata qədər investisiya yatırılması və 23,7 minədək yeni iş yerinin açılması nəzərdə tutulub".

Onun sözlərinə görə, eyni zamanda indiyədək 35 min 800 dən çox sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 166 minə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

Nazir müavini qeyd edib ki, 2019-cu ilin ötən dövrü ərzində 233 sahibkara 34,3 milyon manat güzəştli kredit verilib.

Qeyd edək ki, investisiya təşviqi sənədi sahibkarlara bir çox vergi və gömrük güzəştləri əldə etməyə, o cümlədən 7 il müddətinə gömrük rüsumdan, əmlak və torpaq vergisindən azad olmağa imkan yaradır.

Trend

  • Əvvəlki

    Prezident sərəncam verdi: Ağstafada yol tikintisinə 3,9 milyon manat ayrılır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0