USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkətlərin nizamnamə kapitalındakı dəyişikliyə dair yeni prosedur belə olacaq

03.05.2019 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Dəyişiklik məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalındakı iştirak payları ilə əlaqədardır.

Bundan sonra məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal "Elektron notariat" informasiya sisteminə daxil etməlidir. Ədliyyə Nazirliyi isə "Elektron notariat" informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürməlidir.

Banker.az