USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Donald Tramp: "Çin sövdələşməni pozdu"

09.05.2019 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin hökuməti ticarət danışıqları zamanı "ticarət sövdələşməsi"ni pozub.

"Kommersant.az" xəbər verir ki, o bunu Florida ştatında öz tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Onlar sövdələşməni pozdular", - deyə "Bloomberg" Trampın sözlərini sitat gətirib.

Daha əvvəl Donald Tramp mayın 10-da bir sıra Çin məhsullarına qoyulan gömrük rüsumunun həcmini 25 faizə qədər artıracağını bildirib. Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Çinlə ticarətdə daha milyardlarla dollar itirmək niyyətində deyil.

Report