Azərbaycan ət idxalını 24% artırıb

17.05.2019 Biznes
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 23,797 mln. ABŞ dolları dəyərində 16,678 min ton ət idxal edib.

“Kommersant.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,439 mln. dollar (22,9%) və 3,212 min ton (23,85%) çoxdur.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

VTB