USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Technol” beynəlxalq sərgidə Azərbaycanı təmsil etdi - FOTO

18.06.2019 İqtisadiyyat
0 0
Azərbaycanın ilk mühərrik və sənaye yağları istehsalçısı - “Technol” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq “AUTOMECHANICKA” sərgisində iştirak edib.

Ziyarətçilər, daim innovativ yenilikləri öz fəaliyyətinə tətbiq edən və bu gün daha da qloballaşaraq ixrac coğrafiyasını bir qədər də genişləndirən "Technol" şirkətinin məhsullarına böyük maraq göstəriblər. Şirkətin nümayəndələri ziyarətçilərə və iştirakçılara milli brendimiz haqqında ətraflı məlumat veriblər.

Adı çəkilən sərgidə sayca ikinci dəfə iştirak edən "Technol" 40-dan çox ikitərəfli görüş keçirib. Korporativ əməkdaşlıq və yeni ixrac imkanları haqqında fikir mübadiləsi aparılıb. Orta Şərq, Afrika və Asiya ölkələrindən gələn tələblərə uyğun yeni ixrac imkanları müzakirə edilib. Artıq bir neçə ölkədən sifarişlər də qəbul olunub.

Sərgidə 63 ölkəni təmsil edən 1880 şirkət iştirak edib. 30 min insanın ziyarət etdiyi sərgi 3 gün davam edib.

Qeyd edək ki, "AUTOMECHANICKA" avtomobil sektoru üzrə dünyada keçirilən ən böyük sərgidir. İlk dəfə 1971-ci ildə Almaniyada Messe-Frankfurt şirkəti tərəfindən təşkil edilən sərgi, London, Yohanesburq, Frankfurt, Çikaqo, Şanxay kimi şəhərlər də daxil olmaqla, dünyanın 16 müxtəlif ölkəsində keçirilir, on minlərlə tərəfdaşı və iştirakçıları bir araya gətirərək yeni biznes imkanları təqdim edir.

Milli brendimiz olan "Technol" bütün növ nəqliyyat vasitələri üçün mühərrik, həmçinin ötürücü qutu yağlarının istehsalını həyata keçirir. Sənayə məqsədli yağların da hazırlandığı zavodda ümumilkdə 90-dan çox çeşiddə məhsul istehsal olunur. İstehsalatın tam avtomatlaşdırıldığı müsisssə ən müasir cihazlarla təchiz olunub. Korporasiya həmçinin İSO 9001:2015 keyfiyyət idarəetmə sistemi və İSO 17025:2017 beynəlxalq labaratoriya sertifikatlarına malikdir. Gündəlik 140 ton istehsal gücünə malik şirkətin 200-dən çox tərəfdaşlıq müqaviləsi var.

  • Əvvəlki

    DİQQƏT: Bu yollarda təmir işləri aparılır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0