USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya bir sıra ölkələrə qida idxalı ilə bağlı embarqo müddətini uzatdı

26.06.2019 İqtisadiyyat
0 0
Rusiya hökuməti ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən qida məhsullarının idxalı ilə bağlı tətbiq etdiyi embarqonun müddətini 2020-ci ilin sonuna qədər uzadıb.

"Kommersant.az" bu barədə "Report"a istinadən xəbər verir.

Xatırladaq k i, 2014-cü ilin avqust ayında Rusiya prezidenti Vladimir Putin anti-Rusiya sanksiyalarını tətbiq edən ölkələrdən bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən qida məhsullarının və xammalın idxalını qadağan edən fərman imzalayıb. Bu dəfə embarqonun müddətinin uzadılması iyunun 20-də Avropa İttifaqı Şurasının Rusiyaya qarşı sanksiyalarının müddətinib daha 1 il uzadılmasına cavab xarakteri daşıyıb.

  • Əvvəlki

    Bakıdan Hindistana böyük müntəzəm və çarter reysləri açıldı

Digər xəbərlər