USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda Əfqanıstanın 11 şirkəti fəaliyyət göstərir

16.07.2019 İqtisadiyyat
0 0
Bu gün Bakıda Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclası keçirilir.

"Kommersant.az" xəbər verir ki, iclası giriş sözü ilə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb.

O bildirib ki, hazırda Azərbaycanda 11 Əfqanıstan şirkəti fəaliyyət göstərir. Əfqan iş adamları indiyə qədər Azərbaycan iqtisadiyyatına 1,5 milyon ABŞ dolları məbləğində investisiya qoyublar.

"İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 37%, bu ilin yanvar-may aylarında isə 15% artıb. Bu günə qədər tərəflər 15 sənəd imzalayıblar", - nazir müavini əlavə edib.

***

İşçi qrupunun iclası başa çatıb və tərəflər protokol imzalayıblar.

  • Əvvəlki

    Sabah ilin ikinci Ay tutulması baş verəcək

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0