Gürcüstan Azərbaycandan sement idxalını 5%-dək artırıb

19.07.2019 Biznes
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 189 758,6 ton sement ixrac olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin ümumi dəyəri 10 mln. 632,7 min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycandan Gürcüstana idxal olunmuş sementin həcmi 8 806, 2 ton və ya 4,8%, məbləğ baxımından isə 1 mln. 559,7 min dollar çoxdur.

Ötən ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 9 mln. 073,0 dollar dəyərində 180 952,4 ton sement alıb. (Report.az)