Bu barədə müxtəlif mənbələrdən məlumat daxil olub.
"IDEAL" parfumeriya və kosmetika mağazalarının sahibi digər rəqib olan "Sabina" parfurmeriya mağazalar şəbəkəsini aldıqdan sonra adını dəyişdirib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, buna qədər "IDEAL"ın sahibi kimi tanınan "İDEAL KOMPANİ" MMC adını dəyişdirərək, "ADORE KOMPANİ" MMC kimi dövlət qeydiyyatına aldırıb.
Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişikliyi isə 10 yanvar 2020-ci ildə baş verib.
Bildirilir ki, şirkətin bütün mağazaları "IDEAL" brendi altında öz fəaliyyətlərini davam edəcəklər.